Balaca maşından çıxan 6 cantaraq “cındır”
O video Feysbukda qəfildən qarşıma çıxdı. Bilərsiniz, FB-də qısa videolar bölümü var, “reels” adlanır, ordaydı. Baxdım ki, təqdimatında “2 milyon baxış toplayan video” yazılıb, dedim, əlbət, nəsə unikal bir şeydir.
Bizimkilər çəkib, əcnəbilərin işi deyil. Video belədir: bir “Lada” markalı avtomobildir, meşəfason bir yerdə dayanır, cantaraq sürücü düşür, bərkdən deyir: “Cındırın biri mən!” Ardınca sol qapıdan bir cantaraq oğlan da enir, o da deyir: “Biri də mən”. Onun ardınca bir lay divar oğlan çıxır, o da deyir: “Biri də mən”. Öndə oturmuş, eyni cürəpədə olan başqa biri ekranın qabağına gəlir, o da özünü “cındırlardan biri” elan edir. Sağ qapını açıb gələn pəzəvəng adam da “cındır”ların sırasında olduğunu bəyan edir.
Yaşları 30 , çəkiləri 90 5 adamın “konserva qutusu” adlandırılan rus maşınına necə sığışdıqlarına təəccüb edərkən, avtomobilin baqajından kiməsə ünvanlanmış “it balası” xitabı səslənir və baqajın qapısı açılır. Eyni yaşda və can-cəsəddə olan bir kişi çıxır, deyir: “Məni yaddan çıxarmayın, cındırın biri də mənəm”.
Hələ bu videonu çəkəni də əlavə etsək, yeddi kişi toplaşaraq, razılaşaraq belə bir video ərsəyə........
