“Paraşüt vermirsən, vermə, bu nə sualdır?”
Çoxdandır Azərbaycan telekanallarına baxmırdım, elə oldu ki, qonaq getdiyim evdə telekanallarımızın içində ən çox hörmət etdiyim İTV-də efirə verilən “Milyonların şousu”na baxası oldum. Düzü, həm məyus oldum, həm də bir az hiddətləndim.
Birincisi, bir çox suallar təxminən heç də hamıya “paraşüt vermək istəməyən” təyyarə ekipajının qoyduğu sual kimiydi. Bu, bir az uzun lətifə olduğu üçün yazmıram, bilənlər bilir. Suallar elə olmalıdır ki, bunun cavabını onu tərtib edəndən başqa kimsələr də bilsin. Elə ona görə də indiyə qədər bu şouda yalnız bir dəfə kimsə 8 min manat qazanıb, yerdə qalanlar isə orta suallara çatmayıb, “paraşür almadan” ələnib gediblər.
Bu, heç. Adama belə cavab verərlər ki, o qədər pulu “Azərbaycanın paytaxtı hansı şəhərdir” və ya “Dünyada ən uzun çay hansıdır” sualının cavabını bilənlərə verə bilmərik, biz o qədər pulu hər şeyi bilənə veririk.
Amma fakt budur ki, dünyada nəinki hər şeyi, heç çox şeyi bilən insan da........
