menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İranda 1404-cü ildir, 2026-cı ilə qayıdacaqmı?

28 0
01.03.2026

Xameneini öldürməklə bu ölkədə rejimin dərhal dəyişəcəyi əlbəttə ki, illüziyadır; İranda dinlə dövlət eybəcər doğulmuş siam əkizləri kimidir, onları ayırmaq üçün usta cərrah olmaq lazımdır

Bir dövlətin liderinin “əl-Qaidə” lideri Üsəma bin Laden və ya Meksika narkokartellərinin baronu kimi havadan zərbə ilə məhv etmək üsulu qlobal siyasətin tamamilə fərqli məcraya yönəldiyi bir daha təsdiqlədi. O da faktdır ki, Xamnenin qətlindən bir neçə gün əvvəl ona tabe olan İran İnqilab Keşiçkiləri Korpusunu(SEPAH)həm ABŞ, həm də Avropa Birliyi ölkələri terrorçu təşkilat kimi tanımışdılar. Müəmmər Qəddafinin öldürülməsi(Liviya), Səddam Hüseynin(İraq) edam edilməsi və ya Venesuela prezidentinin başına torba keçirilib oğurlanmasının gətirdiyi rejim dəyişikliyi dini lideri öldürülən İran üçün isə keçərli olmaya bilər. İranda Xameneini öldürməklə rejimin dərhal dəyişəcəyi əlbəttə ki, illüziyadır. İslam inqilabından sonra İran bütün mənalarda keçmişə qayıdıb (Hicri təqviminə görə hazırda İranda 1404-cü ildir). İllərdir davam edən iqtisadi sanksiyalar zəngin ölkəni aclığa və səfalətə sürükləyib, dini rejim insanların iliyinə qədər işləyib.........

© Müsavat