menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Başladı...

25 0
13.04.2026

ABŞ İrana “uranı təhvil ver, aparaq” şərti qoçuların Sərvərə “aç qapını, gələk səni öldürək” hədəsinə bənzəyir; nə qədər ki, danışıqlarda mollalar əba altındakı çomağını, amerikalılar isə “savaş baltalarını” yerə qoymayıblar... Qədim dövlətçilik ənənələri ilə həmişə fəxr edən İranın diplomatiyası onun “şikəst tərəfi” kimi qalmaqdadır. Xüsusilə 1979-cu il inqilabından sonra İranın xarici siyasətində radikal dəyişikliklər baş verdi, əsas diqqət İslam dəyərlərinin yayılmasına və xarici təsirlərlə mübarizəyə yönəldi. 2000-ci ildə isə İran “bərabər diplomatiya” konsepsiyasını elan etdi. Yəni İran istənilən dövlətlə ancaq bərabər şərtlər daxilində masaya oturmaq hüququnu bəyan etdi. Son 20 illik İran diplomatiyasında əsas xətt isə nüvə proqramı üzrə danışıqlardır.

Pakistanda üstüstə 21 saat davam edən danışıqların əsas mövzusu da İranın nüvə proqramı olub. Müharibəni dayandırıb, iki gün sonra diplomatları önə verməklə fövqəladə və ya uğurlu nəticə əldə edilməsini gözləmək də sadəlövlük olardı. Amma müharibəni dayandırıb, indi isə yenidən müharibəyə başlamaq üçün çırmanmaq da ağıllıca hərəkət sayılmaz. İrana tələblər haqda ehtimallardan biri budur ki, ABŞ tərəfi zənginləşdirilmiş uranın ölkədən çıxarımasını və nüvə silahının hazırlanması........

© Müsavat