menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bakı uzun müharibəyə hazırlaşmalı - sabah da baş

41 0
23.02.2026

Trampın İrana iki həftəlik zaman verməsinə inanmamaq lazımdır; Azərbaycan üçün artan risklərdən narahat olmalıyıq

ABŞ prezidenti Trampın İrana iki həftəlik vaxt verməsinə, əlbəttə ki, inanmaq olmaz. Necə deyərlər, “başına gələn, başmaqçı olar”. 2025-ci ilin yayında, indiki kimi, Omanda keçirilən növbəti danışıqlar raundundan sonra Tramp İrana iki həftə vaxt verdiyini demişdi, amma heç üç gün keçməmiş — iyunun 13-də İsrail ABŞ-ın xeyir-duası ilə 12 günlük savaşı başlatmışdı. İndi İsrail özünü arxa plana keçirib, müharibə istəklisi kimi ABŞ-ı qabağa verir. Amma bunun prinsipial fərqi yoxdur — düşmənin bir və ya iki nömrəlisi olmur.

Fevralın 17-də bu dəfə də Omanın vasitəçiliyi ilə, lakin Cenevrədə keçirilən danışıqlarda Trampın xüsusi elçiləri Uitkoff və Kuşnerlə İranın xarici işlər naziri arasında görüş barədə çox az rəsmi məlumat var. Məlumdur ki, ABŞ İrandan öz ərazisində uran zənginləşdirməsindən tamamilə imtina etməsini, mövcud bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsini (Rusiya onları qəbul etməyə hazırdır), raket proqramının inkişafını məhdudlaşdırmasını, Yəmən husilərinə, “Hizbullah” və “HƏMAS”a........

© Müsavat