Ədalətin pozulması-Yaxın Şərq və Masazır stadion
Ədalət tərəzisinin pozulması etiraz və hətta nifrət doğurur-Trampın doğru, Rəvanın yanlışı qərarı haqda...
ABŞ prezidenti Donald Trampın İranla yeni savaşdan mümkün qədər yayınmaq taktikası- atəşkəsi zamansız olaraq uzatması bəlkə də ikinci hakimiyyəti dönəmində verdiyi ən doğru qərardır. Hörmüzdəki blokada işə yarıyır, İran tezliklə yola gəlməsə belə, SEPAH generalının ABŞ-nin Körfəzdəki müttəfiqlərinin neft yataqlarını vuracaqları təhdidi Tehranın əsəblərinin tədricən tarıma çəkildiyini göstərir. İran bu dəfə savaşı başlayan tərəf olacaqsa, Tehran daha çətin vəziyyətə düşə, özünə qarşı daha ciddi hərbi koalisiya görə bilər.
ABŞ okeanlara yaxşı bələddir, hətta deyilənə görə, bu işi dəniz quldurlarından daha yaxşı bilir, professional ordu birləşməsi var. İndi xəritəyə baxanda görürsən ki, çəkilib blokladanı elə bir yerdə qurublar ki, ora İranın heç bir raketi çata bilməz. Ona görə indiki vəziyyət İranın əleyhinə inkişaf edir. Eləcə də hazırkı vəziyyət İsrail üçün də təhlükəli ola bilər. Çünki ABŞ-yə təsir etmək üçün İran raketlərini təkcə Körfəz ölkələrinə deyil, yenə İsraili tərəf........
