menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ağ Ev “qara kabusa” çevrilir - İlham İsmayıldan

7 9
yesterday

Ağ Ev getdikcə dünya üçün “qara kabus” məkanına çevrilir. Trampın Ukrayna prezidenti Zelenskidən sonra Kanadanın yeni baş naziri Mark Karnini, dünən isə Cənubi Afrika Respublikasının prezidenti Ramafozanı Oval kabinetdə hamının gözü qarşısında tənqid etməsi, günahkar bilməsi, türk qardaşlarımız demişkən, “azarlaması” heç bir diplomatiya etikasına, protokoluna sığmır və bu sonuncu da deyil. Trampın hədəfində görünür hələ bir neçə dövlət başçısına Ağ Evdə qara gün yaşatmaq var. Bəs, Putin Vaşinqtona gələrsə, Tramp ona Oval kabinetdə hansı münasibəti göstərər? Əgər Tramp Albaniya Baş nazirinin İtaliya Baş naziri Melonini qarşıladığı kimi diz çökərsə (bu hərəkət bir xanıma olan centlmen jesti olduğu üçün təqdirəlayiqdir) təəccüblənməyin.

Adını da qoyacaq ki, “Baydenin başlatdığı müharibəni dayandırmaq üçün hər şeyə hazıram”. Bu jest hamıya keçər, amma Putinə keçməz. Putin ticarət müqaviləsi istəmir, əvvəlcə Ukraynanı, sonra da keçmiş SSRİ məkanını, bir az da qabağa gedib postsosialist ölkələrini də təsiri altına almağı istəyir. Tramp Nobel sülh mükafatını xəyalında canlandırır, Putin isə “Rusiyanın sərhədləri bitmir” deyib, tarixə Rusiya imperiyasını yenidən yaradan imperator kimi düşmək istəyir. Putini diplomatiya ilə, xoş təriflərlə fikrindən, planlarından döndərməyin mümkün olmadığını bu vaxtadək dərk etmək bu qədər çətindirmi? Zelenski Oval kabinetdə bu fikri söyləyəndə Ağ Evin sahibinin və qeyri peşəkar təsir bağışlayan komanda........

© Müsavat