Turançılıq TALANÇILIQ olmasın deyə...
Bir təzəcə yetkinləşən, bir də təzəcə dul qalan qadına-qıza elçi çox düşər. İstəməzdim bunu bizim Bakıya şamil edim. Amma gurultulu səfərlər, tədbirlər bitib qurtarmır. Həftəni Mərkəzi Asiya ilə başa vurub onunla da açırıq. Həm də unuduruq ki, diplomatik qələbələr hər gün, hər həftə olmur, bəzən onlar üzərində illərlə işləmək lazım gəlir.
Qərəz, Kreml dost-tanışı təzədən ŞƏT-in tədbirinə topladı, hərçənd, o, Bişkekdə baş tutdu. Amma Bişkekin işi böyük ehtimalla ev sahibliyilə məhdudlaşır. Tədbiri müşahidə etməkçün 400-dən çox xarici jurnalist akreditasiya olunubsa, bu, onun maraqsız olmadığını deməyə əsas verir. Əlbəttə, Çinin geoiqtisadi cazibəsi böyükdür, nə vaxtsa bütün gücü ilə özünü göstərəcək. Amma biz bütün bu tədbirlərə bir aspektdən baxırıq: onlar türk xalqlarını yaxınlaşdırır. Biz sanki indi biri-birimiz tanımağa başlayırıq. Tədbirlərin demək olar hamısının mədəni əlavəsi olur. Ötən həftə də belə oldu, indi də........
