Pezeşkiana sual, Ərdoğandan rica olarmı?..
Prezident Məsud Pezeşkianın nəhayət, prezident İlham Əliyevə zəng etdi. Bir daha deyirik: hiss olunur, doktor Pezeşkian müəyyən cəhdlər edir ki, heç olmasa, mollaların siyasətini azca korrektə etsin. Bunu sezməmək mümkün deyil, di gəl, hələ bacarmır, çox güman, imkan vermirlər. Ona görə də heç təəccüblü deyil ki, o da dövlətin və ya hökumətin Naxçıvana təcavüzdən xəbərsiz olduğunu dedi. Amma burada yenə də adamın ağlına ritorik bir sual gəlir: doktor, nə əcəb, İran rejimi bir dəfə çaşıb İrəvana da nəsə etmir?..Bunu ötən dəfə də yazmışdıq, amma daha çox ritorik sual kimi, çünki bütün Cənubi Qafqazda sülh bizim üçün çox vacibdir, xüsusən də indi, bəli, Bakı ilə İrəvan arasında ciddi anlaşma və hətta yaxınlaşma yaşandığı bir dövrdə. Ona görə də sualımız onda da, elə indi də ritorik xarakterlidir. Belədəsə, İranın Ermənistana qarşı ehtiyatlı davranmasını Rusiya faktoruyla bağlayanlar var. Amma indi İrəvanın KTMT-də üzvlüyü sırf formal xarakter daşıyır, Paşinyan təşkilatın demək olar, heç bir tədbirinə qatılmır, üstəlik, az qala, hər ay Ermənistanın onu tərk ediləcəyi deyilir. Hələ onu demirik ki, baş nazir Paşinyan indi intensiv şəkildə qərbyönümlü siyasət yürüdür və kaş, bu, davamlı olsun, iyun seçkiləri bunu dayandırmasın, çünki bununla bağlı çox ciddi narahatlıq var: rəy sorğularında Paşinyan və partiyası öndə olsa da bu, hələ də nisbi öncüllükdür, bir növ, zəiflərin arasında güclü olmaq deməkdir. Ona görə........
