menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Millət dörd manat verib kitab da almırsa...

16 0
19.06.2026

Hadisə var, sən xatırlayırsan, hadisə də var, özünü xatırladır. Az qala, üstündən 1500 il keçsə də məşhur Kərbəla hadisələri də belədir. Moizə oxumaq fikrim yoxdur, bunun üçün heç dərin dini savadım da çatışmır, yalnız bir detalı deyəcəm.

O hadisələrdən hindli siyasət filosofu və “yarıçılpaq dərvişi” (Uinston Çörçill), ən əsası da bütpərəsti Mahatma nəticə çıxardı, amma nə sıravi müsəlmanlar, nə də onların “intelletktual” başbilənləri bundan əsl, sözün birbaşa mənasında lazımi nəticəni çıxartmadılar.

Bəli, on-on beş gün başına-döşünə döy, qalan məsələlərlə işin olmasın, ulu babalarımız demiş, dərinə getmə, palaza bürün, elnən sürün, halbuki heç olmasa, “xalçaya bürün” deyə də bilərdilər. Bunlar qalsın tamam bir yana, amma con ABŞ-İran müharibəsinin- bəlkə də bunu demək yaxşı deyil - maddi, maliyyə tərəfi də oldu, neft bahalaşdı və bəzi ölkələr pis qazanmadı; Azərbaycan da deyilənə görə, pis faydalanmadı bundan. Amma hər millət öz qazancına sahib ola bilmir, elə ölkələrin də qəribəlikləri çoxdur. O cümlədən də bizim Azərbaycanın. Burada çoxdanın bir detalı yadıma düşür. Deyəsən, Qətər vətəndaşıyla söhbət edirdi bir əcnəbi........

© Müsavat