Türkiyə və Azərbaycanın arasına girmək istəyənlə
Çox qəribədir, son zamanlar dünyada nə baş verirsə, ya orada azərbaycanlılar zərər çəkir, həlak olur, maddi problemlər yaşayır, ya da ölkəmizə qarşı çirkin təbliğat işə salınır. İsrail və ABŞ İrana zərbələr endirəndə də Azərbaycanın adı heç bir əsas olmadan, qərəzli şəkildə hallandırılır, Avropanın ayrı-ayrı təşkilatları, hətta ölkəmizin qapısını üzlərinə çırpdıqları da az qala hər fəsildə anti-Azərbaycan qərarlar qəbul edir, mövqelər sayıqlayırlar...Hətta bir-birinə düşmən olanlar da Azərbaycan məsələsində birləşirlər, vahid mərkəzdən çıxış edirlər...
Bu günlərdə İsrail hökumətinin “erməni soyqırımı”nın rəsmən tanınmasını nəzərdə tutan qətnaməni təsdiqləməsindən sonra da “günahkar” tapıldı, Azərbaycan. Bəziləri məqsədli şəkildə Türkiyə və Azərbaycanın arasına girməyə, suları bulandırmağa, ortalığı qarışdırmağa çalışırlar, bu, məlum. Bəzi qüvvələr də bununla daha böyük təxribatçı planların icrası üçün iş başındadırlar. Bölgədə sülhün bərqərar olunması, təhlükəsizliyin mövcudluğu istiqamətində qətiyyətli siyasət yürüdülür və bu prosesdə Azərbaycanın diqtəedici rolu aydın görünür, bir sıra beynəlxalq platformalarda təqdir olunur. Amma bu vəziyyəti özləri üçün qəbuledilməz sayanlar nəyin bahasına olursa-olsun təfriqə yaratmağa çalışırlar.
Azərbaycan Türkiyə ilə qardaşlığı prioritet olaraq elan edib. Üstəlik, “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”. Daha bundan üstün hansı əlaqə, hansı mövqe ola bilər?
Digər tərəfdən, azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu Azərbaycan və İsrail prezidentləri arasındakı görüşlərdə daim vurğulanıb, Bakı – Təl – Əviv münasibətləri də qarşılıqlı hörmətə əsaslanıb. Amma Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan kristal yanaşması heç vaxt dəyişməyib. Azərbaycan Prezidenti İlham Əliyev İsrail - Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə əsasən, paytaxtı Şərqi Yerusəlim olan “iki dövlət prinsipi” əsasında sülh yolu ilə həllini daim dəstəkləyib və hər iki münaqişə tərəfi ilə görüşlərdə rəsmi Bakının bu mövqeyi bəyan edilib.
Üstəlik, bütün beynəlxalq platformalarda Azərbaycanın rəsmi şəxsləri Yaxın Şərqdəki gərgin vəziyyətdən, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələrinin kritik səviyyəyə çatmasından dərin narahatlıqlığını bəyan edib, tərəfləri sülhə çağırıb.
İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan müsibətlər yaşayan Qəzza sakinləri ilə həmrəyliyini daim ifadə edib, zorakılığa son qoyulması, qeyri-bərabər gücdən istifadənin dayandırılmasını istəyib, mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyib, baş verənləri beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması kimi qiymətləndirib. Azərbaycan Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları, eyni zamanda Fələstində 600 şagirdlik məktəbin inşasına vəsait ayırıb. Bundan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstəyin göstərilməsi istiqamətində hər zaman təşəbbüsləri ilə fərqlənib. İndi sualımız Azərbaycana qarşı qərəzli çıxışlar edənlərədir: ölkəmiz başqa nə etməlidir, əlinə silah alıb döyüşməlidirmi?..Digər tərəfdən, bir sıra hallarda İsrailin Qəzzada apardığı əməliyyatlara Fələstin hökumətindən belə........
