menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qara dənizdən “qara kağız” – Rəsmi Bakının çağır

22 0
15.07.2026

5-ci ildir davam edən və daha amansız mərhələyə adlayan Rusiya – Ukrayna müharibəsi təkcə bu, iki ölkəyə fəlakətlər gətirmir. Çox təəssüf ki, bu müharibənin zərbəsi hər iki tərəfdən həm də Azərbaycan dövlətinə və azərbaycanlılara dəyir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı prinsipial mövqeyini ifadə edərkən “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”, söylədi. Bəli, ən doğru və ədalətli münasibətdir. Bunu 30 il təcavüzdən, terrordan əziyyət çəkən ölkənin Lideri həm də təcrübədən çıxış edərək bildirir ki, müharibə yalnız fəlakətlər gətirir, ondan fayda gözləmək əbəsdir!

Faciəlisi həm də budur ki, müharibə az qala eyni geni və qanı daşıyan ölkələr arasında gedir. Sovetlər zamanı bu, iki respublika alman faşizminə qarşı bir səngərdə döyüşürdü, ağır itkilər verirdi, aclıq, səfalət, faciələrdən xilas uğrunda birgə mübarizə aparırdı. Kəsəsi, səngər yoldaşı idilər. Bir müddət öncə ABŞ və Rusiya liderləri arasındakı telefon danışığından sonra Kremldən yayılan rəsmi açıqlamada bir məqam diqqətimi çəkdi. Orada qeyd olunurdu ki, Rusiya alman faşizminə qarşı müharibə zamanı ABŞ-nin sovetlərə verdiyi dəstəyi unutmayıb... “Yaddaşın möhkəmliyi” adamı mütəəssir edir: faşizmdən ən çox zərər görən səngər yoldaşı Ukraynanın 20 faiz ərazisini işğal edib, milyonların həyatını zəhərə döndərib, iddialarından əl çəkmir, guya 80 il öncənin yaxşılığını unutmayıb...Faşizmlə müharibəyə 600 min igid göndərən, onların yarıdan çoxundan  “qara kağız” alan, genefonduna dəhşətli zərbələr vurulan Azərbaycanın yaxşılıqlarına qiyməti də çox görmüşük: Qarabağ münaqişəsi başladılanda, torpaqlarımız işğal ediləndə, Bakıda qırğın törədiləndə, Xocalı soyqırımı törədiləndə, nəhayət, Çeçenistan üzərindən uçan mülki........

© Müsavat