Ermənistana soyuq qış və buz kimi duş – Kreml Pa
Nikol Paşinyan Avropanın qapısında görünən kimi, Rusiya düyməyə basır, təzyiq rıçaqlarını işə salır. Bu dəfə də Kreml Ermənistanın baş nazirin Brüsseldə, Avropa İttifaqının sammitində iştirakını onun “burnundan gətirir”.
İrəvana ünvanlı təhdidlər bir-birini əvəz edir...
Rusiyanın Ermənistana qarşı gizli plan hazırladığı barədə bəyanat verən Paşinyan ölkə daxilində müxalifətin həyata keçirməyə çalışdığı iddia olunan “gizli plan”ın Rusiyadakı müəyyən dairələr tərəfindən dəstəkləndiyini bildirib.
“Aydındır ki, bu plan Avrasiya İqtisadi İttifaqının və Rusiyanın müəyyən dairələrində dəstəklənir. Bunun səbəbləri də var. Çünki Ermənistana konkret vədlər və təminatlarla müəyyən şəxslər göndərilib”, – deyə Paşinyan iddia edib.
Maraqlısı budur ki, Paşinyanın belə ciddi bəyanatına bu günədək Rusiyadan reaksiya gəlməyib. Əvəzində Ermənistanın KTMT-dən qovula biləcəyi barədə təhdidlər səslənir.
Nikol Paşinyan da acığa düşüb, Ermənistanın 2027-2028-ci illərdə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük prosesinə başlamaq üçün rəsmi müraciət edə biləcəyini deyib. İrəvana qayıtdıqdan sonra Brüsseldə səsləndirdiyi fikri bir daha təkrarlayaraq bildirib ki, bu, hələ üzvlük prosesinə hazırlığın başlanması demək deyil. Paşinyanın sözlərinə görə, Ermənistan xalqına verdiyi vədə uyğun olaraq alternativ istiqamətin formalaşdırılması üzərində işləyir. Düzdür, Paşinyan çox ehtiyatlı davranır. Deyir Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq........
