menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ermənistan Zəngəzur dəhlizini sabotaj edir: avto

16 0
21.10.2026

Belə. Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə müvafiq sazişin imzalanmasını 2031-ci ilə qədər hədəflədiyini deyəndən sonra xarici işlər naziri Ararat Mirzoyan da yeni “kəşf”ini açıqlayıb.

Ermənistanın baş diplomatı TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bəzi infrastruktur xətlərinin, xüsusilə neft və qaz kəmərlərinin Sünik (Zəngəzur) vilayətindən keçməyə biləcəyini bəyan edib. Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında çıxış edərkən bildirib ki, Araz çayı ilə qayalıqlar arasında yerləşən Mehri dəmir yolu boyunca olan sahə həddindən artıq dar olduğu üçün bütün infrastruktur obyektlərini eyni dar zolaqda yerləşdirmək texniki cəhətdən mümkünsüzdür. XİN başçısı qeyd edib ki, həmin ərazidən yalnız dəmir yolu xətti və elektrik ötürücü xətlərin keçməsi planlaşdırılır.

“Ola bilsin ki, neft kəməri Ermənistanın şimal ərazisindən keçsin. Dəqiq ərazi hələ müəyyənləşdirilmədiyi üçün mən TRIPP dəhlizinin ümumi eni barədə dəqiq rəqəm deyə bilmərəm”, - deyə Ermənistanın XİN rəhbəri əlavə edib.

Açıq-aydın görünür ki, Ermənistan sülh razılaşmasını pozmaq, götürdüyü öhdəliklərdən imtina etmək, ev tapşırıqlarını yerinə yetirməkdən yayınmaq xətti götürüb. Dünənə qədər sülh sazişini istənilən gün və istənilən məkanda imzalamağa hazır olduğunu bəyan edən Ermənistan rəhbərliyi artıq 2031-ci ilin havasına giribsə, bu, faktiki olaraq sülhü pozmaqdır.

Bu arada, Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiyanın “Aero Vodochody” şirkəti tərəfindən istehsal olunan L-39 “Skyfox” reaktiv təlim-döyüş təyyarələrinin tezliklə ölkədə istifadəyə veriləcəyini açıqlayıb. Sülh sazişini 5 il sonraya “atan” İrəvan milyonlar hesabına 4 döyüş təyyarəsi alırsa, bu, sülhə deyil, müharibəyə hazırlıq deməkdir. Ermənistan rəhbərliyi özünün seçki platformasının əvvəlində Azərbaycanla sülhə nail olunmasını yazmışdı. Amma nə olsun? Seçki bitdi, sülh də yaddan çıxdı. Onlar Zəngəzur dəhlizinin – TRIPP marşrutunun tikintisinə də 2026-cı ilin ikinci yarısında, daha sonra isə ilin axırında başlanacağını elan etmişdilər. İl başa çatır, indi də 2027-ci ilin yazından danışırlar. Ararat Mirzoyan isə dəhliz layihəsini tikə-parça edən anonsla çıxış edib.

Azərbaycan rəhbərliyi bəyan edib ki, Zəngəzur dəhlizindən təkcə dəmir yolu və avtomagistral keçməyəcək, həmçinin........

© Müsavat