menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Siçan kimi gizlənən"in baş nazirlik sevdası və

23 0
09.04.2026

Baş nazirliyə namizədliyini irəli sürən cani Robert Köçəryan Nikol Paşinyanın Rusiya səfərindən sonra dil boğaza qoymur, xeyli aktivləşib. Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan indi də iddia edib ki, “Paşinyan Dağlıq Qarabağ məsələsindəki səhvlərini Rusiya prezidentinin üzərinə yıxmağa çalışır”.

Bu ağıldan kəm iddiaçı deyir ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, guya hansısa “Dağlıq Qarabağ xalqı”nın da “öz müqəddəratını təyin etmək hüququnu tanıyıb”. “Madrid prinsipləri”nə istinad edən bu gerizəkalı iddia edir ki, “referendum yekun akkord olmalı idi”. Yanıb-yaxılır və “Nikol Paşinyandan əvvəl heç kim Azərbaycanın ərazi bütövlüyünü dəqiq kvadrat kilometrlərdə tanımayıb” - söyləyir.

Bu, uşaq qatili hələ də ağıllanmayıb və reallığı qəbul etməkdən çox - çox uzaq olduğunu hər açıqlaması ilə nümayiş etdirir. Qanmır ki, “Dağlıq Qarabağ” yoxdur, Qarabağ məsələsi bitib, “miatsum” gorbagor oldu! İnanmırsa, özündə cəsarət tapıb gəlsin, Bakıda ona hər şeyi sübut edərlər. Necə ki, onun ağıldaşlarının bir hissəsi, separatçıların başçıları layiq olduqları cəzaları çəkirlər, içərilərində şeir əzbərləyənlər, poema oxuyanlar da var…

Rusiya prezidenti ilə Paşinyan arasındakı gərgin polemika bu Kreml casusuna o qədər yer eləyib ki, kirimək bilmir. Deyib ki, 2020-ci ildə məhz Rusiya müharibəni dayandırıb”, oktyabrda Paşinyana sülh təklif olunsa da, o, bunu rədd edib və “Ermənistanın tamamilə uduzmasının qarşısını almaq üçün” Kreml prosesə müdaxilə edib, sülhməramlılar yerləşdirib.

“Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla üçtərəfli bəyanatdan mahiyyət etibarilə geri çəkildi və bu məsələ Azərbaycanın daxili məsələsinə çevrildi. Müdafiə ordusu avtomatik........

© Müsavat