“Mən kənddən çıxan kimi ikisini də...” – Paşinya
Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı apardılar. Bu xəbəri erməni mətbuatı yayıb. Bildirilir ki, onun hara aparıldığı açıqlanmasa da, böyük ehtimalla İstintaq Komitəsindədir. Bu xəbər yayılandan sonra Samvel Karapetyanın tərəfdarları yürüşə başlayıblar.
Ermənistanda nə baş verir? Nə oldu ki, birdən-birə “fırtına” qopdu? Bu xəbərlərdən əvvəl, elə səhər saatlarında Ermənistanın İstintaq Komitəsinin müstəntiqləri “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın və “Güclü Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarış aparmışdılar.
Elə bu yerdə xatırladaq ki, Narek Karapetyanın parlamentə yolu “Elektrik Şəbəkələri” QSC-nin Direktorlar Şurasının sədrliyindən keçib. Nikol Paşinyanın neçə müddətdir gününü qara etdiyi iş adamı, milyarder Samvel Karapetyanın qardaşı oğlu olan Narek ötən il dəfələrlə çək-çevirə salınmışdı, polis bölməsinə aparılmışdı, həmçinin mənzilində axtarış işləri həyata keçirilmişdi. O zaman da Narek Karapetyanın evini ələk-vələk eləyən istintaqçılar bildirmişdilər ki, istintaq hərəkətləri İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsi, həmçinin İrəvan İstintaq İdarəsi tərəfindən qaldırılmış cinayət işləri çərçivəsində həyata keçirilib. Eyni zamanda Samvel Karapetyana məxsus “Taşir qrup”un ofisində axtarışların ardınca xüsusilə iri məbləğdə pulların yuyulması və vergilərdən yayınma maddələri ilə cinayət işi açılmışdı, şirkətin dörd əməkdaşı həbs edilmişdi.
Budur, üstündən xeyli keçib və eyni proses müşahidə olunur. Maraqlısı budur ki, Samvel Karapetyanın barəsində ev dustaqlığı barədə məhkəmə qərarı mövcuddur və o, uzun müddətdir nəzarət altındadır. Belə olduğu təqdirdə onun yaşayış yerində yenidən axtarışların aparılması və özünün istintaqa cəlb olunması maraqlı xüsusatdır. Məsələ təkcə karapetyanlarla da məhdudlaşmır. Başqa bir məlumata görə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın aparat rəhbərinin müavini, dördüncü prezident Armen Sarkisyanın dövründə isə aparat rəhbəri vəzifəsini icra edən Vardan........
