"Cəbrayıla yol çəkmək istəyən" Paşinyan, niyə su
Cəbrayıl rayonunun Dağmaşanlı kəndi 2020-ci ilin 4 oktyabrında Ermənistan ordusunun işğalından azad edilib. Üstündən 6 il keçəndən sonra, cari ilin 8 oktyabrında bu kəndin ərazisində ardıcıl iki mina partlayışı baş verdi.
Oktyabrın 8-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində minaya düşən ata-oğul şəhid ailəsidir. 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov kənd ərazisində mal-qara otararkən piyada əleyhinə minaya düşüb və ağır xəsarətlər alıb. Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılan Orxan Qəhrəmanova sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Bir az sonra elə həmin ərazidə Orxanının atası, 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov piyada əleyhinə mina partlayışının qurbanı olub. Partlayış zamanı ata bir ayağını itirib. Məlumata görə, Əşrəf Qəhrəmanov oğlunun partlayış ərazisinə qopub düşmüş sağ qolunu götürməyə gedərkən minaya düşüb.
Baş verən hadisələr dəhşət saçır: bir gündə eyni ailənin iki başıpapaqlısı, zəhmət-zillətlə ailəyə çörək gətirən kişiləri erməni terrorunun qurbanına çevrilir! Amma daha bir dəhşətli fakt var: Qəhrəmanovlar ailəsinin böyük oğlu - 1994-cü il təvəllüdlü Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətindəki Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə - Aprel döyüşlərində -........
