Amerikadakı erməni mafiyası Qarabağı geri istəyi
İsveçrədə yaşayan bir xanım mənə maraqlı bir ismarıc göndərdi. Yazırdı ki, Netflix platformasında yayımlanan “The Cleaning Lady” serialına baxarkən diqqətini çəkən bir səhnə ilə qarşılaşıb. Söhbət ABŞ-da fəaliyyət göstərən erməni mafiyasının təsvir olunduğu epizoddan gedir. Onun qeyd etdiyinə görə, birinci sezonun üçüncü epizodunda, təxminən 26-cı dəqiqədə mafiya başçısı qızının toyunda oğlunu Ermənistana göndərəcəyini bildirir. Niyə? Hə, niyəsi çox maraqlıdır. Deyir ki, oğlum gedib "Azərbaycanın əlində olan erməni torpaqlarını" geri alacaq.
Filmə baxdım, araşdırdım. Doğrudan da səhnədə bu məzmun var və diqqətdən yayınmayacaq qədər açıq şəkildə səsləndirilir. Bu, sadəcə bir film replikası kimi qəbul oluna bilərdi, əgər arxasında daha geniş ideoloji fon dayanmasaydı.
Toy məclisində çıxış edən........
