menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Bu qədim fitnə indi Azərbaycanla Türkiyə arasın

32 0
12.10.2026

Azərbaycanın üzləşdiyi çoxşaxəli ideoloji-teopolitik-siyasi mühit və təhdidlər

Çoxları bilmir. Mən də müşahidə etdiyim qədər diqqətə çatdırmaq istəyirəm.

Azərbaycanın, xüsusilə şimal bölgələrində yaşayan sünni türklərə və ölkə vətəndaşı olan digər Qafqaz xalqlarına qarşı Yaxın Şərq mənşəli sələfi, təkfirçi və vəhhabi cərəyanları vasitəsilə ciddi təsir göstərilməsi, tərəfdar və əlaman qazanılması təhlükəsi var. Üstəlik, bu strukturların yaranması və güclənməsi üçün böyük vəsait və resurslar sərf olunur.

Təxminən yüz il kommunizmin təsiri altında qalmış, dini baxışları da bu prosesdən təsirlənmiş indiki şiə və dünyəvi şiə Azərbaycan cəmiyyəti üzərində İran mərkəzli siyasi-islamçı cərəyanlar nüfuz yaratmağa çalışır. İnsanları öz tərəfinə çəkməyə, sosial baza formalaşdırmağa və İranın təsir dairəsini genişləndirməyə cəhd göstərirlər.

Azərbaycanla Türkiyə arasındakı yaxınlıqdan istifadə edərək Türkiyədə fəaliyyət göstərən bəzi camaat, təriqət və ideoloji islamçı qurumlar da Azərbaycanda mövqe, nüfuz və güc qazanmağa çalışır. FETÖ-nün keçmişdə Azərbaycanda gördüyü işlər bunun nə demək olduğunu göstərən mühüm nümunədir.

Diqqət çəkən başqa bir sahə Gürcüstanda yaşayan sünni azərbaycanlılardır. Keçmişdə Kərkük–Təzəxurmatu xəttində İrana yaxın yanaşma çərçivəsində ələvi-bəktaşi türkmənlərin şiələşdirilməsi və yaxın dövrdə Müsul da daxil olmaqla bütün türkmən bölgəsinin Haşdi Şabi vasitəsilə, sünni-şiə fərqi qoyulmadan, İran mərkəzli bir vəkil gücə, proksi ünsürə çevrilməsi ilə oxşarlıq daşıyan proses gedir. Gürcüstanda yaşayan sünni azərbaycanlılara İran tərəfindən diqqət yetirilməsi, o cümlədən İran mənşəli şiələşdirmə fəaliyyətləri, bu icmaların üzvlərinin cəlb edilməsi və təşkilati nüfuz şəbəkələrinə daxil olunması ayrıca araşdırılmalıdır. Bu proseslərin dövlət, kəşfiyyat və təşkilati əlaqələrini, eləcə də siyasi nəticələrini........

© Müsavat