menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Texnatlar Azərbaycan reallığında

39 0
01.03.2026

2-ci yazı

 

Əvvəlki yazımda Texnat ideyasından bəhs edərək, texnatların yaranmasından, bu insanların dünyaya baxışı haqda düşüncələrimi bölüşmüşdüm. İndi isə Texnat ideyasının reallaşması ilə dünya necə olacaq sualına cavab axtarmağa çalışacam…

 

Texnat ideyası həyata keçəndə dünya bu istiqamətlərdə dəyişəcək:

 

İdarəetmə:

Ənənəvi siyasi sistemlər böyük verilənlərə və süni intellektə əsaslanan alqoritmik idarəetmə ilə əvəz oluna bilər. Qərarlar geniş məlumatların təhlili əsasında qəbul ediləcək ki, bu da səmərəliliyi artıracaq, gündəmə şəffaflıq və nəzarət kimi məsələlər gətiriləcək.

 

İqtisadiyyat: 

Texnat iqtisadiyyatı avtomatlaşdırma, robotlaşdırma və davamlı inkişaf üzərində qurula bilər. Bu, ənənəvi sahələrdə iş yerlərinin azalmasına, eyni zamanda texnoloji sahələrdə yeni peşələrin yaranmasına sgətirib çıxaracaq.

 

Sosial həyat:

Texnatlarda həyat ağıllı infrastruktur sayəsində daha rahat olacaq, ancaq paralel olaraq rəqəmsal bərabərsizlik və məxfilik itkisi kimi problemlər də yaranacaq.

 

Ekologiya:

Texnatlar bərpa olunan enerji mənbələrindən istifadə etmək, tullantıları minimuma endirməklə davamlı inkişafın nümunəsi ola bilərlər.

 

Qlobal nəticələr:

Texnatların meydana çıxması yeni geosiyasi rəqabət formalarına yol açacaq; burada əsas təsir amili texnoloji üstünlük olacaq.

 

TEXNAT İDEYASINI İRƏLİ SÜRƏN QÜVVƏLƏR

 

Texnat ideyasını müxtəlif qruplar və qurumlar təşviq edirlər.

 

1. Texnoloji şirkətləri: 

Google, Amazon, Tesla kimi iri korporasiyalar “ağıllı şəhər” və avtonom sistem layihələrinə sərmayə yatırırlar. Məsələn, Alphabet şirkətinin (Google-un ana şirkəti) “Sidewalk Labs” layihəsi texnoloji şəhər........

© Modern.az