menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Atom enerjisinin qayıdışı: Qorxu, zərurət və yeni geosiyasət

37 0
13.03.2026

Atom enerjisi uzun illərdir ictimai şüurda qorxu ilə xatırlanır: Çernobıl, Fukusima, radioaktiv tullantılar, minillik risklər. Amma XXI əsrin üçüncü onilliyində atom enerjisi yenidən masaya qayıdır. Buna hiss edilən bir zərurət var – Süni intellekt, data mərkəzləri və sənayenin rəqəmsallaşması fasiləsiz, ucuz və istehsalı artırıla bilən enerji tələb edir. Günəş batır, külək dayanır, ancaq serverlər dayana bilməz, fasiləsiz çalışmalıdırlar.

Bu qayıdış ideoloji deyil, hesablanmış realizmdir. İqlim hədəfləri ilə texnoloji ehtiyacların toqquşduğu nöqtədə atom enerjisi yeganə sabit körpü kimi görünür. Karbon emissiyası aşağı, enerji sıxlığı yüksəkdir. Əsas məsələ “istəyirikmi?” yox, “başqa alternativ varmı?” sualıdır.

Qorxu texniki yox, yaddaş problemidir. Çernobıl siyasi mədəniyyətin, Fukusima........

© Modern.az