menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Aşiqlər ölməz

41 0
17.03.2026

İstanbul, Fatih camisi, 16 mart 2026 Cənazə mərasimi proqramına görə, İlber Ortaylının nəşi əvvəlcə çalışdığı Qalatasaray Universitetinə gətirildi. Anma mərasimindən sonra kortej tarixi Beşiktaşdan Fatih məscidinə tərəf yola çıxdı. Burada qılınan cənazə namazının ardından ünlü tarixçi Fatih məscidinin hazirəsində (məscidlərin həyətindəki tarixi qəbiristanlıq) torpağa tapşırıldı.

XV əsrdə Fatih Sultan Mehmed tərəfində inşa etdirilmiş məscidin həyətindəki qədim qəbiristanlıqda Osmanlı dövlətinin böyük alimləri, tarixçiləri və dövlət adamları dəfn olunublar. İstanbulu fəth etmiş Fatih Sultan Mehmed də buradakı türbəsində uyuyur. İlber hocanın müəllimi və elmi rəhbəri, görkəmli türk tarixçisi Halil İnalcık da bu hazirədə yatır. 

İlber Ortaylı ömrü boyu Osmanlı tarixini, imperiyanın idarəçilik sistemini və mədəniyyətini araşdıran bir tarixçi idi. Bu səbəbdən də onun məhz bu məkanda dəfn edilməsi bir alim ömrünün məntiqi yekunu kimi görünür: tarixini araşdırdığı dünyanın mərkəzində əbədi istirahətə çəkilmək. Bu, bir növ simvolik dövrədir – kitablarla Osmanlını anladan tarixçi, Osmanlı alimlərinin uyuduğu torpağa tapşırılır. Belə bir yerə dəfn edilmək Türkiyə tarixində çox nadir alimə nəsib olan bir ehtiramdır.

“Tanıdığım ən böyük iranist” O, XX əsr Azərbaycan şərqşünaslıq məktəbinin ən böyük nümayəndələrindən biri sayılır. İran filologiyası, klassik fars ədəbiyyatı və mətnşünaslıq sahəsində böyük nüfuza malik alim, beynəlxalq akademik mühitdə tanınmış bir şərqşünas idi. Nüfuzlu Harvard Universiteti elmi araşdırmalarına görə professor Rüstəm Əliyevə (1929–1994) fəxri doktor adı vermişdi.

İlber Ortaylı (1947–2026) Osmanlı və Avrasiya tarixinin ən nüfuzlu tarixçilərindən biri kimi tarixi mətnlərə xüsusi həssaslıqla yanaşan elm adamı idi. Tanış olduğumuz gün Azərbaycandan olduğumu bilən kimi Rüstəm Əliyev haqqında danışmağa başladı, “tanıdığım ən böyük iranist” dedi; fars dilinə onun kimi hakim olan ikinci bir alim tanımadığını söylədi...

Tehran, 1980-ci illər Tehranda keçirilən bir elmi konfransda maraqlı bir hadisə baş verir. Hadisəni mənə........

© Modern.az