menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dost idi, doğma idi, NİCAT İDİ...

29 0
14.03.2026

Bəzən bir adamın bu dünyadan çıxıb getməsi ölüm ola bilmir. O, dünyadan köçəndə, onunla birlikdə dostların səsi dəyişir. Sanki bir dövrün rəngi solur.

Dostumuz Nicatın vaxtsız gedişi kimi...

Onun yoxluğu ailəsi, yaxınları, həmkarları, dostları üçün çox ağır itkidir. Nicatsızlıq bir yaddaşın içində yaranan boşluqdur. Bu, elə bir boşluqdur ki, ilk anda sükut kimi görünür. Zaman keçdikcə, ağrılar dözülməz olur.

İnsan müasirlərini, yol yoldaşlarını, dostlarını itirdikcə, dünya ona əvvəlki kimi görünmür. Sənə elə gəlir ki, küçələr uzanır, söhbətlər qısalır, səslər azalır. Nəfəs daralır, həyat bir qədər rəngsizləşir. Dünya əvvəlki dadını itirir. Dünya bir az qaralır...

Dost insanın özünün də bilmədiyi bir tərəfidir. Dost güc, arxa, insanı sözsüz anlayan, ona səssiz dayaq olan bir varlıqdır.

Nicat da bizim üçün elə idi.

Bizi bir araya gətirən Parlament Jurnalistləri Birliyi (PJB) olmuşdu. O birlik bir amalın, ruhun adamlarını yaxınlaşdıran mənəvi məkan idi.

Parlament Jurnalistləri Birliyi yarananda biz sanki başqa bir dünyanın içində idik. Hamımız gənc, alovlu idik. İçimizdə romantika, peşəyə........

© Modern.az