Bir millət, iki dövlət, bir saat - Əqrəblər bizi hara aparır?
Dünyanın hansı saatındayıq?
Dünyada nələr baş verir?
Bu sualların cavabını bir az bilirik, bir az da bilmirik...
Daha çox qeyri-müəyənliklər var.
Görünənlərdən dəqiq nəticə odur ki, nəsə düz deyil. Amma o nəsə nədir...
Saatın əqrəbi vaxtı göstərir, əqrəb isə sancır...
Bu gün o əqrəblərin ikisi də ətrafımızda dolaşır.
Son bir həftəyə baxaq. Oktyabrın 15-də Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanıb təsdiqlənməsini öz "şəxsi gündəliyi" adlandırdı. Biz isə bu ilin sonunu, gələn ilin əvvəlini gözləyirdik. Azərbaycan gözləməyi bilir, amma gözləməyi bilmək hər şeyi gözləmək olmadığını Paşinyan Ermənistanı daha yaxşı bilir.
Həmin gün Bakıda AQEM sammitində Lavrov dedi ki, Rusiya TRIPP-də iştirak etməyə hazırdır, amma hələ müraciət almayıb. 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın sərnişin təyyarəsini vurmuşdu. Putin bunu 2025-ci ilin oktyabrında Düşənbədə etiraf etdi, bu ilin aprelində isə iki XİN "qeyri-ixtiyari vurulma" faktını birgə........
