Atanı öldürüb məşhur olanlar - Azərbaycan yazıçılarına söz
Bəzi gənclərimiz dünyasını dəyişmiş sənət və söz adamlarını aşağıdan-yuxarı, yuxarıdan-aşağı çox qılınclayırlar. Onlar niyə belə edir? Bu doğrudurmu? Yoxsa bu, sadəcə onların seçimidir, necə istəyirlər, elə də etsinlər?..
Xeyli vaxtdır ki, bir məsələ məni heç rahat buraxmır.
Çox qəribə durum yaranıb, sanki sözün müqəddəsliyi unudulub. Bir də baxırsan ki, istedadlı bir yazıçı qələmini Səməd Vurğunu söyməyə, aşağılamağa sərf edir.
Bu qələmlər həqiqətən istedadlıdırlar. Bunu danmaq mümkünsüzdür. Amma onlar bəlkə də bilməyərəkdən istedadı məhv edirlər. İstedad hər zaman xilaskar olmur, hətta düzgün istiqamət tapmayanda faciəyə çevrilir, insanı uçuruma da aparır.
Çox təəssüf ki, elə bilirlər ucalmaq üçün kimisə yıxmaq lazımdır. Düşünürlər ki, şöhrət başqasının kölgəsini ləkələməklə qazanılır. Zənn edirlər ki, Səməd Vurğunu inkar etməklə özlərinə qapı açacaqlar. Bəxtiyar Vahabzadənin əsərləri qarşısında hay-küy salmaqla diqqət çəkəcəklər. Anar kimi ədəbiyyat adamını kiçiltməklə özlərini böyüdəcəklər.
Bu, tipik sovet düşüncəsidir. Sözdə sovet düşüncəsinə qarşı çıxanlar əməldə sovet ideologiyasına xidmət edirlər.
Belə olmur, dostum, tarix belə yazılmır. Tanınmaq, qəbul olunmaq səssiz, zəhmətlə yazılır, qışqırıqla əldə edilmir.
Hiss edirsən ki, bu yanaşma........
