menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

15 sentyabr Türk birliyinin tarixi zəfər günüdür

37 0
25.09.2026

1918-ci il mayın 28-də yaradılmş Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazıldı. Cumhuriyyətin qurulması ilə Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.

Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gündən başlayaraq xarici qüvvələr onun devrilməsinə çalışırdılar. Həmin ərəfədə S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Bakıda hakimiyyəti ələ keçirmişdi və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.

Azərbaycan milli azadlıq hərəkatının liderləri getdikcə şidətlənən daşnak-bolşevik təcavüzünü dayandırmağın yeganə yolunu Osmanlı dövlətindən hərbi yardım almaqda görürdülər. Çox mürəkkəb beynəlxalq geosiyasi şəraitdə müstəqilliyini elan etmiş və təxirəsalınmaz hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq siyasətinin ilk addımı kimi Türkiyə ilə dostluq müqaviləsi bağlamağı qərara aldı.........

© Modern.az