menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Cənab Tokayev Rusiyadan hansı ədaləti görüb?

34 0
02.11.2026

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü sammitində  Rusiyanın TDT-yə müşahidəçi statusunda qoşulmasını təklif edib. Bu təklifini isə belə əsaslandırıb:

“Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi “Altay – türk sivilizasiyasının beşiyi” layihəsini irəli aparır. Rus dilində türk mənşəli xeyli söz var. Ümumilikdə, Rusiyanın türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilməsi bütün dövlətlərimizə fayda gətirərdi”.

Sonra da qeyd edib ki, bu çox ədalətli qərar ola bilər.

Cənab Tokayev Rusiyadan hansı ədaləti görüb? Türk Dövlətləri Təşkilatı elə Rusiyadan, Çindən ədalət gözləmədikləri üçün BİRGƏ olmağı hədəf seçməyiblərmi?

Rusiyanın hansı ədalətindən söhbət gedə bilər ki:

1937–1938-ci illərdəki "Böyük Təmizləmə" dövründə Qazaxıstan SSR-də 120 mindən çox insan həbs olunmuş, onlardan 25 mindən çoxu güllələnmişdir. Repressiyanın əsas hədəfi qazax millətinin savadlı təbəqəsi, xüsusilə "Alaş" hərəkatının üzvləri və müstəqillik tərəfdarı olan ziyalılar idi. Bu gün onların adına bu gün küçə və meydanlar verilir Qazaxıstanda, onların başına gəıtirilən bəlalar və işgəncələr  haqqında kitablar yazılır.

Qazaxıstanda 1937-ci il qurbanlarının xatirəsinə həsr olunmuş ALJİR  və KarLAĞ həbs düşərgələrinin muzeyi, 1920-dən başlayan 1932-1933-c ildə kütləvi xarakter alan Aşarşılık- yəni Aclıq soyqırımını hansı ədalətin dəftərinə yazaq? Aşarşılıkda 2 milyondan çox qazax məhv oldu. Bəzi rəqəmlərdə 6 milyon da deyilir.

1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurulanda ilk........

© Modern.az