“Falçıların yanına, “ocaq”lara getməyin... -Onları ya şeytanlar, ya da rüşvətxorlar idarə edir...” -CÜMƏ BƏHSLƏRİ
Bizi sosial şəbəkələrdən izləyin:
“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər...”
“Bunun adı nə savaddır, nə din, nə də “mənəvi zənginlik”. Bunun adı mövhumatdır...”
“Falçılığa münasibətdə İslam tək deyil. Yəhudiliyin Tövrat ənənəsində də mediumlara və ruh çağıranlara müraciət qadağan edilir. “Levililər” 19:31-də medium və ruh çağıranların axtarılmaması əmr olunur; “Qanunun Təkrarı” 18:10–12-də isə falçılıq, sehr, cadu və ölülərdən xəbər almaq qadağan edilən əməllər sırasında sadalanır...”
**** **** ****
...Bir adam səhər yuxudan oyanır. Əlini telefonuna atır. Qurani-Kərimi açmaq, heç olmasa “Allahım, bu günümü xeyirli et” deyə dua etmək yadına düşmür. Amma beş dəqiqə sonra hansısa saytın qoroskopunu oxuyub gününün taleyini oradan öyrənir.
Bir başqası vəzifəli adamdır. Ali təhsili, kabineti, xidməti avtomobili, tabeliyində işçiləri var. Amma qarşıda mühüm qərar dayananda dövlət sənədinə, qanuna, mütəxəssis məsləhətinə yox, “görücü”nün sözünə baxır...
Daha birisi “ekstrasens” tapır, ona pul verir, soruşur: “Məni vəzifədən çıxaracaqlarmı?”, “Filankəs mənim haqqımda nə düşünür?”, “Nə vaxt yüksələcəyəm?”, “Oğlum filan məndən daha vəzifəlinin qızı ilə evlənəcəkmi?” Və s. və i.a.
Yəni insan XXI əsrdə yaşayır, amma gələcəyini falçının əlində axtarır...
Bunun adı nə savaddır, nə din, nə də “mənəvi zənginlik”. Bunun adı mövhumatdır...
Quran - Allahın Kİtabı nə deyir?..
Qurani-Kərimdə çox mühüm bir prinsip qoyulur: “(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər! (Nəml, 27:65)
Bundan sonra bir “görücü”nün qarşısında oturub onun “sənin gələcəyini görürəm” sözünə inanmaq üçün adamın Quranla nə qədər əlaqəsinin olması barədə düşünməyə dəyər.
Şüəra surəsinin 221–223-cü ayələrində isə şeytanların kimlərə nazil olduğu, başqa sözlə, kimlərin ruhuna çökdüyü barədə xəbərdarlıq edilir: onların yalançı və günahkarların üzərinə endiyi, eşitdiklərini ötürdükləri, lakin çoxunun yalançı olduğu bildirilir...
Deməli, Qurani-Kərimin təsvir etdiyi mənzərədə “qeybdən xəbər verən”lərin sözü ilahi həqiqət kimi təqdim edilmir; əksinə,........
