menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Süni intellekt hüquq sahəsinə necə bir təsir göstərəcək? - Gənc hüquqşünas yazır

31 0
17.08.2026

Fərid ƏHMƏDOV,

Gənc hüquqşünas

***

Keçdiyimiz illərdə dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır.

Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir.  Hüquq sahəsi də bu dəyişiklikdən kənarda qalmır. Hüquqşünaslar, məhkəmələr və dövlət qurumları böyük həcmdə məlumatla işlədikləri üçün süni intellektin bu sahədə istifadəsi xüsusilə maraqlı məsələlərdən biridir.

Süni intellekt hüquqi sənədlərin hazırlanmasında, qanunvericiliyin araşdırılmasında, müqavilələrin yoxlanılmasında və müxtəlif hüquqi məlumatların təhlilində hüquqşünaslara kömək edə bilər. Bununla belə, bu texnologiyanın hüquq sahəsinə daxil olması müsbət cəhətdən yeniliklər gətirsə belə, həmçinin müəyyən problemləri də ortaya çıxarır. Çünki hüquq insan hüquqları, məsuliyyət və ədalət kimi çox həssas məsələlərlə bağlıdır.

Bu səbəbdən süni intellektin hüquq sahəsinə təsirinə yalnız texnoloji yenilik kimi baxmaq düzgün olmaz. Burada əsas məsələ süni intellektdən istifadə edərkən insan hüquqlarının, məxfiliyin və hüququn aliliyinin necə qorunacağıdır.

Süni intellekt hüquqşünaslara necə kömək edə bilər?

Hüquqşünasların işinin böyük bir hissəsi müxtəlif sənədlərin oxunması və araşdırılması ilə bağlıdır. Bəzən bir hüquqi məsələ ilə bağlı yüzlərlə səhifəlik sənədlərə baxmaq məcburi haldır. Süni intellekt belə vəziyyətlərdə hüquqşünasa kömək edə bilər.

Məsələn, süni intellekt müəyyən sənədləri qısa şəkildə ümumiləşdirə, müqavilələrdə riskli hesab edilə biləcək maddələri müəyyən edə və hüquqi araşdırma zamanı istifadə oluna biləcək məlumatları daha sürətli tapmağa kömək edə bilər.

Təbii ki bu, hüquqşünasın işini tamamilə süni intellektə həvalə etməsi demək deyil. Tam əksinə, hüquqşünasın əsas vəzifəsi süni intellekt tərəfindən təqdim edilən məlumatın düzgün olub-olmadığını yoxlamaq olacaq. Çünki süni intellekt insanların düşüncəsində "hərşeyi bilən" kimi görünsə də, süni intellekt hər zaman doğru cavabı vermir.

Fikrimcə, gələcəkdə yaxşı hüquqşünas olmaq üçün yalnız qanunları bilmək artıq kifayət etməyəcək. Hüquqşünas həm süni intellektin imkanlarını, həm də........

© Mia.az