menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı

28 0
29.10.2026

Mirşahin Ağayev,

REAL TV-nin rəhbəri

***

BİR MƏTNƏ ZƏRURİ SÖZ ARDI (“Azərbaycan müəllimi” üçün) 

“Azərbaycan müəllimi” yazır: “Məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisədən dərhal sonra əsas prioritet uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşmaq olmalıdır”.

Bəli. Razıyam. Əməkdaşlarımız da hadisə rayonuna məhz “uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşdığına” görə getmişdilər. 

“Azərbaycan müəllimi” yazır: “Hadisə şahidlərinin bildirdiyinə görə, televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmadığı, çəkilişlərin davam etdirildiyi, hətta həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı bildirilir”. 

Doğru deyil: Əvvəla heç kim uşaqlara yaxınlaşıb müsahibə almağa cəhd etməyib. Çünki “Real TV”də azyaşlı şəxslərlə necə davranmaq barədə hər kəsin məlumatı var. Hətta başqa kanallardan alınan kadrlarda belə texniki müdaxilələrlə azyaşlı müsahiblərin üzü gizlədilir, səsi tanınmazlaşdırılır. İkinci iddiaya gəlincə, hücuma məruz qalan operator deyil, onun assistentidir.  Çəkiliş aparmayan şəxsdir. Müsahibə almayan şəxsdir! Hadisə rayonunda işləməli olan operator isə məhz emosianal gərginlik faktorunu nəzərə alaraq kənara çəkilib. (Kadrlarda operatorun bu hərəkəti aydın görünür).   

Deməli, “şahidlərin sözlərinə görə, məhz bu davranışlar hadisə yerində ciddi narazılıq və gərginlik yaradıb” iddiası tamamilə əsassızdır və özünü təmizə çıxarmaq səciyyəsi daşıyır.

Mətndə növbəti - “Bəs........

© Mia.az