Geyim mədəniyyəti və insan haqqında yaranan ilk təəssürat... - Vahid Tağıyev yazır
Vahid Tağıyev,
Təcrübəli, peşəkar təhsil işçisi
***
Hər birimiz bunu dəfələrlə yaşamışıq. Heç tanımadığımız bir insanı ilk dəfə görəndə, o hələ danışmamış belə, onun haqqında daxilimizdə müəyyən təsəvvür yaranır. Əlbəttə, sonradan bu təsəvvür dəyişə də bilər. Amma ilk fikir adətən ən çox onun geyiminə, davranışına və insanlara münasibətinə əsaslanır.
Etiraf etməliyik ki, heç bir ünsiyyət olmadan belə, ilk diqqəti çəkən, göz qabağında olan məhz insanın geyimidir.
Geyim artıq çoxdan yalnız bədəni qoruyan bir parça olmaq funksiyasını itirib. O, insanın daxili mədəniyyətini, estetik zövqünü və həyata münasibətini əks etdirən ilk vizual mesaja çevrilib. Bu, insanın qadın, yaxud kişi olmasından, yaşından asılı olmayaraq hər bir şəxs haqqında təəssüratın formalaşmasına təsir edən amillərdən biridir.
Geyim insan münasibətlərini təkbaşına müəyyən etmir. Lakin o, insanlar arasında yaranan ilk təəssürata və sonrakı ünsiyyətin xarakterinə müəyyən təsir göstərən amillərdən biridir.
Geyim və estetik görünüşlə bağlı hər səhər etdiyimiz kiçik seçimlər əslində cəmiyyətə ötürdüyümüz səssiz mesajların bir hissəsidir. Çünki xoş təəssürat yaratmaq istəyi hər bir insanın daxilində yaşayan təbii bir ehtiyacdır.
Müxtəlif insanlar üçün özünəməxsus fərqli yanaşmaların olması təbiidir. Əsasən insan geyimindən və görünüşündən razı qalanda özünü daha rahat və inamlı hiss edir. Bu isə onun əhval-ruhiyyəsinə, davranışına, insanlarla ünsiyyətinə, səliqəsinə və hətta gündəlik iş fəaliyyətinə də müsbət təsir göstərir.
Diqqət yetirsək görərik ki, əvvəldən planlaşdırılan tədbirlərdə, daha çox toy və digər şənlik məclislərində insanların, xüsusilə də xanımların ən çox fikir verdiyi, düşündüyü məsələlərdən biri məhz geyim seçimidir. Bu sirr deyil ki, həmin tədbirlər başa çatdıqdan sonra da söhbətlərin bir hissəsi geyimlər ətrafında davam edir.
Ümumiyyətlə, geyim mövzusu cəmiyyətdə həmişə müzakirə olunan məsələlərdən biridir. Mətbuatda, sosial şəbəkələrdə vaxtaşırı bu barədə müxtəlif fikirlər, iradlar və mübahisələr səslənir. Bəzən bu mövzuda yaranan fikir ayrılığı ailədaxili münasibətlərə də təsir göstərir.
Son illər xüsusilə fəaliyyəti ictimaiyyət qarşısında olan bəzi şəxslərin zahiri görünüşdə, xüsusən də geyim seçimi və estetik müdaxilələrində ifrata varması da tez-tez müzakirə olunur. Həddindən artıq açıq-saçıq geyimlər, bədənin süni şəkildə dəyişdirilməsi və diqqəti yalnız zahiri görünüşə yönəldən meyillər cəmiyyətdə birmənalı........© Mia.az
