menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Çingiz Abdullayev və Ramiz Mehdiyev romanı…

52 5
23.02.2026

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Çingiz Abdullayev Ramiz Mehdiyevden roman yazacağını bəyan edib. Ramzi Mehdiyev olayı təbii ölkədaxili tarixi hadisədir və sevimli yazıçım Çingiz Abdullayev qədər təcrübəm və istedadım olasydı, bu fürsəti mən də qaçırmazdım.

Amma bir məsələ var ki, nə 20 Yanvar Bakı qətliamı, nə Topxana olayları, nə Qarabağ hadisələri və 30 illik işğal, nə Aprel döyüşləri, nə də 44 günlük Zəfər Savaşı Ramiz Mehdiyev  olayından kiçik ( bu kəlməyə görə bütün Azərbaycan xalqından üzür istəyirəm) hadisə olmasa da başda Çingiz Abdullayev olmaqla heç bir yazıçımız bu tip  bəyanatlar  vermədi. Əksinə inadla susdular.  

Ötən məqaləmizdə  məhz bu susqunluğu yazmışdıq.  

Ulduzu sönmüş siyasi fiqurun evindən 17 milyon dollar tapılır və bununla bağlı ictimai nüfuza malik yazıçının reaksiyası gecikmir.

Çingiz Abdullayev təkcə yazışı deyil, beynəlxalq tanınmış sima, mədəniyyət elitasının nümayəndəsidir.  O, Azərbaycan Yazıçılar Birliyindəki vəzifəsinə görə həm  ictimai nüfuz və simvolik kapital kimi bir yük də daşıyır. Belə fiqurların açıqlamaları isə daha çox ictimai-psixoloji mesaj kimi qəbul edilir. Alt qatında ya sistemə sadiqlik göstərmək, ya da reputasiyanı qorumaq cəhdi durur...

 36 illik acısı və şirini ilə zəngin bir tarixi aşamada susan yazar  anıden  sükutu pozur.  Onun  bəzi  əsərlərində Qarabağ müharibəsi, post-sovet xaosu, 90-cı illərin siyasi qarışıqlığı fon kimi yer alır. Lakin hadisələr  daha çox siyasi-dedektiv süjetin içində təqdim olunur. Qarabağ mövzusu əsasən beynəlxalq siyasət, silah ticarəti, xüsusi xidmət orqanları kontekstində verilir.

Müstəqillik dövrü və siyasi proseslər, dövlət çevrilişləri, oliqarx sistemləri, enerji siyasəti, beynəlxalq kəşfiyyat şəbəkələri, regionda güc balansı kimi mövzular da yer alır. Lakin bunların heç biri tariximizin son 36 illik dövrünü milli yaddaş konteksindən işıqlandırılmır. Bu mövzuda yazarımız  əsasən publisistik çıxışlarda və müsahibələrdə mövqeyini bildirib. Çingiz Abdullayev tarixi-analitik epopeya yazarı deyil, bəli,  geosiyasi triller müəllifidir.

Abdullayevin yazıları daha çox mexanizm,  Azərbaycan oxucusunun tələbi isə  ruhun sarsıntısıdır. Ölkənin taleyi ilə bağlı ağır dövrlərdən keçmiş bir cəmiyyət, 36 illik siyasi travma, Qarabağ, 90-cı illər, susdurulmuş həqiqətlər… susqunluqla müşahidə olunur  və belə bir fonda Çingiz Abdullayev (bu imza ədəbi elita içərisində qırmızı hərflərlə yazılır) artıq ifşa olunmuş  siyasi fiqur haqqında kitab yaza biləcəyini bəyan edir. Təbii olaraq bu açıqlama  etik və mənəvi sual doğurur.........

© Mia.az