"Qapını açıb içəri girəndə gördüm ki, Adil Əliyevlə Mehman Hüseynov yeyib-içirlər" - "Adam bilmir buna necə don geyindirsin, deyir..."
Kəramət BÖYÜKÇÖL
***
Mehman Hüseynov mənim haqqımda bir video çəkib. Guya maskamı cırıb. Deyir, ta vəssalam, Kəramət ifşa olundu, onun erası bitdi.
Video da nə video, eynən Ramiz Mehdiyevin məhkəməsinə oxşayır. Videoya baxandan sonra Mehmandan çox ona inanan adamlara yazığım gəldi. Məhz mənim haqqımda çəkdiyi videodan sonra onun İlham Əliyev və ailə üzvləri haqqında çəkdiyi videoların da həqiqət faizini təxmin elədim.
Demək, 3 il öncə doktor Rəşid Mahmudov mənə zəng elədi ki, bizi bir məclisə dəvət ediblər, gəlim səni Elmlərdən götürüm, bir yerdə gedək. Rəşid doktor maşınla gəldi, məni Elmlərdən götürdü, getdik Baxçasaray restoranına. Qapını açıb içəri girəndə gördüm ki, Adil Əliyevlə Mehman Hüseynov yanaşı oturublar, yemək yeyirlər, deyib-gülürlər. Düzü, təəccübləndim. Adil hara, Mehman hara? Sonra başladıq bir yerdə deyib-gülməyə, yeyib-içməyə.
Tam səmimi deyirəm, mən əvvəl həqiqətən də elə bilirdim buna haradansa dəqiq informasiya-zad ötürülür, bu da danışır. İndi isə özüm haqqında danışdıqlarına baxıram, dalının nə qədər açıq olduğu mənə gün kimi aydın olur. Demək, bu adam başqaları haqqında da bu cür yalanlar uydururmuş.
Sizcə, camaat üçün mənim Adil Əliyevlə eyni məclisdə olmağım təəccüblüdür, yoxsa Mehman Hüseynovun?
Bu sual Mehmanı çox narahat etdiyinə görə 3 il əvvəlki məclis söhbətini indi açır və bəri başdan təkrar-təkrar açıqlama verib deyir ki, Adil Əliyev məni Baxçasaray restoranına müsahibə adı ilə çağırmışdı. Onun bu........
