menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Uşaqlara şiddət: ‘Niyə məni döyürsən?!’

16 0
21.11.2025

BAKI, Azərbaycan

Ailələrdə uşaqlara qarşı məişət zorakılığı halları kifayət qədər yayılmış problemlərdəndir. Bu nəinki, keçmişin, bugünün, eyni zamanda gələcəyin ən böyük qlobal problemlərindəndir. Bəzən uşaqlara qarşı məişət zorakılıqları yalnız uğursuz ailələrdə deyil, eyni zamanda intelektual səviyyəsi yüksək olan mədəni ailələrdə də baş verir, harada ki, valideynlər uğurlu, həmkarları arasında nüfuz qazanan, rəhbərliyin hörmətini qazanan insanlardırlar. Nə üçün uğurlu və uğursuz ailələr uşaqlara qarşı eyni səhvi buraxırlar?

Uğurlu və uğursuz insanların aqressiyalarının qurbanı, ailənin ən zəif üzvü uşaqlar olurlar?! Maraqlısı odur ki, hər bir valideyn sağlam ruhlu övlad böyütmək və onun uğurlu gələcəyini görmək istəyir. Heç bir valideyn uşağına şiddət göstərdiyini, döydüyünüpsixi zərbə vurduğunu etiraf etməyə hazır deyil. Böyük əksəriyyət bunu şiddətlə rədd edir, “məni əsəbləşdirdi, özümdən çıxartdı”, “sözümə qulaq asmadı” deyə özlərini müdafiə edirlər. Beləliklə də, şiddətin, döyməyin düzgün tərbiyə metodu olduğunu qəbul edən valideynlər uşaqlarını zamanlı, davamlı döyməyə davam edirlər.

Uşaqların psixoloji yetişdirmə prosesində fiziki gücün istifadəsi yol verilməzdir. Bir uşaq üçün, fizikipsixoloji zorakılığın nəticələri olduqca ciddidir. Adətən, “uşaqları döymək olarmı?” sualına müsbət cavab verən valideynlər uşaqlıq dövründə fizikipsixoloji təhqirlərə məruz qalmış valideynlərdir. Onlar “uşağı döyməsən, mümkün deyil, heç cür başa düşmür, zamanında məni də döyüblər, döyməsən tərbiyə edə bilmərsən, indi şükür 5 nəfərdən biriyəm” deyərək bu tərbiyə metodunu daha üstün tuturlar.

Şiddət uşaqların zehni və psixoloji inkişafına əhəmiyyətli dərəcədə zərbə vurur, həm də şiddətə qarşı dayanıqlı psixoloji immunitet yaranır və itaətə tabe olmayan uşağın, itaətinə nail olmaq üçün valideyn uşağı daha çox cəzalandırmaq məcburiyyətində qalır. Bunu “döyürəm, yenə də etdiyini edir” kimi izah edirlər.

Bəs uşaqlar bunu kənardan necə........

© Dikgazete.com