menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Həyacan siqnalı: Uşağın Autizm sindromludur

17 0
10.08.2026

Psixoloq Ruhiyya Rustamova, Azerbaycan’dan yazdı;

Həyacan siqnalı: Uşağın Autizm sindromludur

Bir gün ailə üçün ən dəhşətli həyacan sinqalı çalınır: “Uşağınız Autizm sindromludur” səsləndiyi an valideyn təlaşa düşür. Autizm nədir?! Uşaq sağalacaqmı?! Müalicəsi varmı?! Bəli, emosional gərgin olan valideynin suallarına dərhal cavab vermək mümkün deyil. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Autizmli uşaqların müxtəlif xüsusiyyətləri var. Valideyn bu xüsusiyyətləri aşkarladığı an “hələ uşaqdır, böyüyəndə düzələcək” deməməlidir. Mütləq olaraq mütəxəssisə müraciət etməlidir. Autizm sindromlu uşaqlar başqalarına qarşı maraqsız olurlar, göz təmasından qaçırlar, başqaları ilə ünsiyyət qurmurlar və çağırıldıqları zaman reaksiya vermirlər. Digər uşaqlarla oynamırlar, uzun müddətli tək heç kəslə ünsiyyət qurmadan eyni oyunu davamlı oynaya bilirlər. Uzun müddət ərzində eyni mövzu üzərində danışır, mənasız və bəzən səslənməsi anlaşılmaz olan sözləri ardıcıl təkrarlayır, səbəbsiz olaraq........

© Dikgazete.com