menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Uşağın daxili aləminə açılan qapı: Oyun

20 0
19.03.2026

Psikolog M. Almara Ağaqızı, Azerbaycan'dan yazdı;

Uşağın daxili aləminə açılan qapı: Oyun

Psixoloq kimi uzun illərdir müşahidə etdiyim bir həqiqət var: oyun, uşaqların duyğu dünyasına açılan ən səmimi və təsirli qapılardan biridir. Uşağın danışmadığı, ifadə edə bilmədiyi, bəzən özü də tam anlamadığı hiss və düşüncələr məhz oyun mühitində öz təbii formasında üzə çıxır. Bu səbəbdən, oyun sadəcə əyləncə vasitəsi deyil — o, uşağın mənəvi vəziyyətini, psixoloji ehtiyaclarını, münasibətlərə baxış bucağını anlamaq üçün mühüm bir diaqnostik alətdir.

Əslində, oyun zamanı uşaq yalnız fantaziyasını deyil, eyni zamanda həyatdakı müşahidələrini, keçirdiyi emosiyaları və sosial rolları da canlandırır. Oyun onun üçün bir növ ifadə platformasıdır. Məsələn, sakit görünən bir uşaq, oyunda aqressiv davranışlar sərgiləyə bilər; bu isə onun içində toplanan emosional yüklənmənin siqnalı ola bilər. Həmin anlarda oyun terapevtik bir funksiyanı da yerinə yetirir — uşaq içindəki gərginliyi sözsüz, amma təsirli şəkildə ifadə edir.

Valideynlər və mütəxəssislər bilməlidirlər ki, uşaq oyun zamanı daim özünü ifadə etmir. Bəzən gördüyü davranışları təqlid edir, böyüklərin sözlərini olduğu kimi təkrarlayır. Amma bu........

© Dikgazete.com