Yaxşı adam... - Faiq QİSMƏTOĞLU yazır
Mən hər dəfə dünyasın dəyişmiş dostlarım haqqında yazı qələmə alanda düşünürəm ki, görəsən, yaxşı adamlar olmasaydı dünya nə təhər olardı? Elə özüm də bu suala tez cavab tapıram:" Dünyada qan su yerinə axardı, Yer üzü qapqarnalığa, zülmətə bürünərdi! Və yaxşı insanların, yaxşı adamların hesabına dünyamız hələ kı işığın , nurun itirməyib! Belə yaxşı adamlardan, etibarlı dostlardan biri də , jurnalist, yazıçı-publisist rəhmətlik Surxay Əlibəyli idi! Onunla mən həm iş yoldaşı, həm də dost, qardaş , sirdaş olmuşuq.
Surxayı tanımaq üçün çox yox , elə bircə dəfə yol yoldaşı olmaq lazım idi. Mən onunla uzun müddət " Ədalət" də bir yerdə işləmişəm, dəfələrlə rayonlara ezamiyyətə getmişəm və onun kimi gözü tox, səmimi , halal adam çox az görmüşəm.Və heç vaxt öz marağını, mənafeyini düşünməyib. Hər şeydən öncə........
