"Qarabağ"ın o 6 futbolçusu... - Aydın Bağırov yazır
Futbolçunu futbolçu edən kimdir? Bəs, komandanı komanda? Təkcə məşqçimi, yoxsa böyük pullarmı? Bəlkə İsveçrə dağlarının ətəyindəki gözəl yaşıllıqlara oxşayan məşq meydanları, stadionlardır futbolçunu futbolçu, komandanı da komanda edən?
"Qarabağ"ın "Benfika"ya qarşı tarixi Çempionlar Liqası matçında Qurban Qurbanovun meydana buraxdığı ilk 11-likdəki oyunçulardan 6 nəfərinə xüsusi diqqət çəkmək istəyirəm. O səbəbdən ki, bu legionerlər Azərbaycana gələnə qədər məhz Portuqaliyada oynamış futbolçular idi. Həm də "Benfika"nın yarışdığı Premyer Liqada da yox, 2-ci liqada.
6 nəfər əsas heyətin yarıdan çoxu deməkdir!
Yəqin ki, həmin o 6 nəfərin hər biri üçün bir Portuqaliya klubunun heyətində "Benfika" kimi tarixi ənənəsi olan komandaya oynamaq böyük xəyal olub. Amma taleyin futbol təzadına bax ki, bu xəyalı gerçəkləşdirən Portuqaliya klubu və portuqaliyalı məşqçi yox, bir Azərbaycan klubu, azərbaycanlı məşqçi oldu. Kimdir həmin........
© Ədalət
