menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

QİBLƏMƏ GEDƏN YOL - Əbülfət Mədətoğlu yazır

27 0
12.10.2026

Atılan hər bir addımın səbəbi olmalıdı. Bu, fiziki mənada atılan addımı, yəni hərəkət mənasında deyil. Hansısa bir işi görmək, nəyəsə nail olmaq üçün atılan addımdan gedir söhbət. Birmənalı olaraq hamımız bilirik ki, həm fiziki, həm də fikri qərarlar qəbul edib onu reallaşdırmaq üçün tərpəniş göstərməsən, fəaliyyətə başlamasan heç bir nəticəyə qovuşa bilməzsən. Yəni nail ola biləcəyin bir nəticə ortaya çıxmayacaq. Deməli, fiziki və zehni hərəkətin özü də addım atmaqdır. Mən də yazımın ilk cümləsində bunu nəzərdə tutmuşam. Və istəmişəm ki, bizim iç dünyamızda atılan addımların reallıqdakı addımlarla paralelliyi ortada olsun, tərs-mütənasibliyi yox. Məhz belə olduqda onda həmin o məram da, o məqsəd də, o atılan addım da ən azından bizə bir xoş an yaşadar. Bir iynə ucu boyda könül rahatlığı gətirər. Bu isə bizim üçün yaşam stimulu olar.

Zaman-zaman içimdə çək-çevir etdiyim, ələkdən, xəlbirdən keçirtdiyim hisslərimi, duyğularımı, düşüncələrimi bəzən küskün halda yaddaşın bir küncünə atmaq istəmişəm. Bəzən də onlardan əl çəkmək, tərki-dünya olmaq arzusuna düşmüşəm. Amma o hisslər, o duyğular o qədər incə, o qədər mübhəm olub ki, çox qısa bir andan sonra yenidən qayıtmışam onların qapısına. Diz çökmüşəm o hisslərin, o duyğuların önündə. Anlamışam ki, insanın ürəyi və ağlı bir nöqtəyə köklənibsə, ordan qopub ayrılması, üz çevirməsi mümkün deyil. O mümkünsüzlük bəlkə də bir insan olaraq, bir varlıq olaraq Allahın şəxsən mənə bəxt kimi, qədər kimi yazdığı və qırmızı xətlə ömrümdən keçən bir yoldu, bir həyatdı. O yol bitəndə, həyat da bitəcək. O yol qırılanda həyat da qırılacaqdı. Çünki…

Bəlkə də çox təkrarlayıram. Bəlkə də zamanı geri qaytarmaq, olmuşları olacaqlara gətirib calamaq, onları bir-birinin içində, varlığında görmək kimi istəklər hardasa xülyadı, ilğımdı, ya da sadəcə olaraq bir cəfəngiyyatdı. Amma nə olur-olsun mən bu dediklərimin hamısını həmin o içimdən, ömrümdən keçən bu xəttin heç həndəvərində də görmürəm. Ona görə də harda olsam, nəyi düşünsəm, hansı işi görsəm, bilirəm ki, sonunda yenə qayıdacam, yenə gələcəm. Çünki  və həm də   əslində heç hara getməmişəm, heç də uzaqda........

© Ədalət