menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

ÖMRÜN BİR ANI - Əbülfət Mədətoğlu yazır

22 0
08.05.2026

Bəzən onu unutmaq mümkün olmur

Yaşım heç də az deyil. Əsrin yarısını çoxdan geridə qoymuşam. Və bu yaş mənə çox şeyləri həm yaşadıb, həm də əlimdən alıb. Öncə əlimdən aldıqlarından başlayıram. Birlikdə xatırlayaq:

Vətəndə vətənsizlik. Yəni 30 il Qarabağsız yaşamaq. Əgər bu yaşamaqdırsa... Sizi deyə bilmərəm, mənim üçün yaşamaq yox, iynə ilə gör qazmaq idi bu 30 il. Və bu 30 ilin içində neçə dəfə köç etdim. Uşaq bağçasında, yataqxanada, dost-tanış evində müvəqqəti sığınmaq, gecələmək mucadiləsi apardım. Amma bir an da olsun əlimdən alınan yurdu, yuvanı unutmadım. Hər döngəsini, hər daşını, özümün və orada doğulan övladımın yellənçəyi asılmış tut ağacından tutmuş ilk barını verən armuda, almaya qədər hər şeyi gözümün önündə gəzdirdim olduğum hər yerdə.

Sonra atamı əlimdən aldı. Qəbri əmanət  oldu. Və mən də kürəyimi söykədiyim özüm üçün ən güclü, ən ədalətli və ən ləyaqətli kişi kimi seçib, sevib idealım olan bir insandan zorən ayrıldım. Yetimliyin ilk acısını yaşadım. Məsləhət yerim azaldı.

Sonra anamı əlimdən aldı. Həyatımın, ömrümün ən gur işığı söndü. Başımı söykəyib yuxuladığım diz, üzümü söykəyib kövrəldiyim bir varlıq Tanrı dərgahına köçdü. Məni Yer üzündə tək-tənha qoyub getdi. Onunla yetimliyin bütövlüyü, tamlığı çökdü sinəmə. Oturtdu məni dizinin dibində. Həyatımda nəyim varsa hamısını bölüşdüyüm, hamısına görə gah məni tərifləyən, gah da danlayan, amma bir dəfə də olsun bir ana şilləsi vurmayan Yer........

© Ədalət