Mənim üçün dərin qarabağlı – Əbülfət Mədətoğlu yazır
Elçin İsgəndərzadənin 60 yaşına
Onu necə tanıdığımı, ilk dəfə harda gördüyümü dəqiq xatırlaya bilmirəm. Amma mənə elə gəlir ki, mən o tarixi xəyalən gözümün önünə gətirə bilirəm. Çünki onun özünəməxsus , dəyişməyən elə cizgiləri var ki, mən cizgilərdən yapşıb,məhz o tarixə gedib çıxmaq yolunu keçmək gücündəyəm.
Birdə yəni, demək istəyirəm ki, məhz o cizgilər məni o yerə aparıb çıxara bilər.Və mən də indi, məhz həmin o yola düşürəm …
“Ədalət” qəzetinin 1yaşının qeyd olunduğu ildə redaksiyanın koridorunda xeyli adam var idi. Təbrikə gələnlər, dost-tanışlar, oxucular, mən də gələnlərin arasında idim. Yəni onda mən “Ədalət”də işləmirdim. Elə koridorda söhbət etdiyim dost-tanışla keçirdiyim o anlarda əlində o vaxtlar dəbdə olan bahalı bir çanta (biz ona “professor çantası” deyirdik -Ə.M. ) olan orta boylu bir nəfər də gəlib bizə qoşuldu.........
© Ədalət
