FATEHDƏN TURANA GEDƏN YOL
Müharibə analar üçün ən dəhşətli lənətdir. Qorats Və ya Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir. Napaleon Bonapart
Yolumun üstündə iki əsgər şəkli var.Hər dəfə qarşılarından keçəndə içimdən əsgər salamı verib keçirəm.Şəkillər uzaqdan diqqət çəkir.Elə bilirsən ki, baxışları arxanca gəlir, məni unutma,- deyə pıçıldayır.Biri Milli qəhrəmanımız Polad Həşimovun şəklidi, o birisi isə çiçəyi burnunda bir gənc əsgər.Adını Fateh bilirdim.Fateh- yəni qalib gələn, fəth edən.Bir gün şirniyyat dükanının qarşısında dayanıb şəklinə baxırdım, dalıb getmişdim.İçəridən arıq, çəlimsiz bir qadın mənim şəklə dirqətlə baxdığımı görüb bayıra çıxdı, üzümə baxıb gülümsədi.Mənim oğlumdu,- dedi.Ananın gözlərinin dərinliyindən uzun bir həsrət, səsindən uzaqlıq, qəriblik ,tənahlıq boylandı üzümə.
Bala itirən anaları mən gözlərindən və bənövşə kimi boynubüküklüyündən tanıyıram.Çünki bilirəm nə çəkir balası ölən analar.Anam da 19 yaşlı balasını itirəndən gözləri uzaqlara baxdı, kiprikləri qurumadı, bu dünyada yaşamadı, xəyalən balasının yanına köçdü, balasına qovuşacağı günü səbirsizliklə gözlədi.
Xəyaldan ayrıldım.Ananın qəm yuva qurmuş gözlərinə baxdım və susdum.Kiprikləri titrədi, dodaqları əsdi, ağzında dili alışdı, amma bizim analar qürürlu olur.Qamətini dikəldib üzümə diqqətlə baxdı.Fikir veririəm, siz həmişə burdan keçəndə dayanıb bu şəkilə uzun- uzadı baxırsınız, tanıyırdınızmı balamı? Bəli,- dedim.Onlar hamımızdır.Torpaq uğrunda,vətən uğrunda gedən oğullar hamısı bizim üçün əzizdir, doğmadır,- dedim.Eynən Fateh balamız kimi.Fateh deyil adı, Zamindir. Zamini saxlaya bilmədik, neynədiksə durmadı, könüllü getdi savaşa, axırı da belə.Elə bil ürəyimə dammışdı...Dinmədi, gözlərində şimşək çaxdı, leysan ələndi yanaqlarına.Heç nə demədim, deyə bilmədim...Axı balası ölən anaya nə deyəsən, necə təsəlli verib, könlünü necə ovudasan? Elə məqamlar var ki, insan o anda çox aciz olur, söz də çarəsiz qalır, ağla yalnız susmaq gəlir.Daha heç nə danışmadıq, ayrıldıq.
Bir neçə dəfə təkrar rastlaşdıq.Xeyli söhbət etdik.Ana balası,Fatehi haqqında danışdıqca elə bil yoxluğunu unudurdu,onun haqqında xatirələri elə diri və canlı təsvir edirdi ki.İlahi, ana olmaq buymuş demək...
İçimdən bir yazı yazmaq keçdi Fateh- Zamin haqqında.Ana danışdıqca sözlər boğazımda köz kimi alışıb, könlümü yandırırdı.Onun haqqında məlumatları mənə verə bilərsiniz, ana,- dedim.Onun haqqında ən gözəl məlumat onun mənə gözdağı qoyub getdiyi həyat yoldaşı və bircə balasıdı.Yoldaşının telefon nömrəsini aldım.Bir müddət zəng vurmağa əlim gəlmədi.Cavan yaşında tək balasıyla gözünü yollardan yığıb, arzularını, ümidlərini........
