menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tramp, "molla"larla bacarmadın deyəsən?..

12 0
tuesday

Guya ABŞ və İsrail İrana qarşı müharibəyə başlayanda əhalidə vətənpərvərlik hissi o qədər aşıb-daşdı ki, onlar bütün siyasi umu-küsüləri, hətta sosial-iqtisadi problemləri unudub ümumiliklə ABŞ-a və İsrailə qarşı birləşdilər - bəli, əksər siyasi müşahidəçilər son aylarda cənub qonşumuzda baş verən prosesləri belə yozurlar. 


Amma düşünməyin ki, onlar belə dedilər və biz də inandıq! Düzdür, tarixdə belə hallar olub – məsələn, 37-nin repressiylarından keçən sovet xalqı sovet-alman müharibəsi zamanı Stalin rejiminə qarşı qalxmadı, hətta rus pravoslav kilsəsi belə alman işğalına qarşı mübarizəyə qalxdı, halbuki Stalin və onun bolşevik dostları və silahdaşları, başda Lenin yoldaş olmaqla çara qarşı bunun əsksini etmişdilər. 


Onlar Rusiyanı Birinci Dünya müharibəsində uduzdurmağı özlərinin taktikası və strategiyası elan etmişdilər və buna nail da oldular: bolşevik xəyanəti onda Rusiyanı çökdürdi, çar ailəsi tamam məhv edildi, rusların ötən əsrin əvvəlində ilk demokratiya təşəbbüsü – Fevral inqilabı mənasız oldu, çünki bolşeviklər onu devirib öz hökumətlərini qurdular və nə qədər qəribə olsa da, həmin inqilabın liderləri Kerenski, Çxeidze və digərləri sonadək Leninə və partiyasına qeyri-ciddi siyasi ünüsürlər kimi baxdılar. 


Amma bu "qeyri-ciddi” siyasi ünsürlər bir-iki ilin içində nələr etmədilər? Vətən müharibəsini vətəndaş müharibəsinə çevirdilər, aclıq və səfalət........

© Qaynar