menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tələsirdik, görən yaza nə qaldı...

37 0
19.02.2026

Ölüm haqqdı, çıxmaq olmaz əmrdən,

İpək tora halqa salma dəmirdən.

Aydı, gündü, gəlib keçir ömürdən,

Tələsirdik, görək yaza nе qаldi? 

(Aşıq Alı)


Rəhmətlik Aşıq Alı sağ olsaydı, "Qarabağ” – "Nyukasl” qarşılaşmasına baxıb, bu misralarda kiçik bir dəyişiklik edərdi. Deyərdi ki, "məğlubiyyət haqqdı, çıxmaq olmaz əmrdən”. Dünən axşam Respublika stadionunun yolunu tutan və ekran başında əyləşən futbolsevərlər "Qarabağ”a böyük ümidlər bəsləyirdi. Düşünürdük ki, "Braqa”nı, "Benfika”nı, "Ayntraxt”ı saldığımız vəziyyətə "Nyukasl”ı da sala biləcəyik. Amma olmadı.


Futbolda "paltardəyişmə otağında qol buraxmaq” deyimi var. Fasilə ərəfəsində futbolçular boşalır, bir an öncə hakimin fasiləni bildirən fitinin səslənməsini arzulayırlar. Kimisi dincəlməyə tələsir, kimisi su içməyə və təbii ehtiyaclarını ödəməyə. Belə bir məqamda oyundan qopmayan rəqib fürsətdən istifadə edir, hissəyə əlavə olunmuş vaxtda qol vurur. Bu ssenari........

© Qaynar