menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Avrokuboklara möhtəşəm başlanğıc

6 0
latest

Bütün diqqətlərin uzaq Amerika, Meksika və Kanadada keçirilən dünya çempionatına yönəldiyi bir məqamda Azərbaycan klubları üçün yeni avrokubok mövsümü başladı. Artıq "Sabah” Çempionlar Liqasında, "Qarabağ” Avropa Liqasında, "Zirə” isə UEFA Konfrans Liqasında ilk görüşünü keçirib. Hər şey bizim üçün əla başlayıb. Təmsilçilərimiz azərbaycanlı futbolsevərləri üç qələbəylə sevindiriblər, özü də qapılarını toxunulmaz saxlamaqla. Bu nəticələr isə mərhələ keçmək şanslarımızı xeyli artırır.


İlk meydana çıxan "Sabah” oldu. Ölkə çempionunun üzərindəki məsuliyyət digərlərinə nisbətən daha çox idi. Bu da səbəbsiz deyil. Valdas Dambrauskasın çalışdırdığı "bayquşlar” bu il "Qarabağ”ı taxtdan salıb, ölkə çempionu adını qazanıb. "Qarabağ” illərdir ki, azarkeşləri öz uğurları ilə sevindirib, avrokuboklarda uzun və zəfərlərlə dolu yol qət edib. "Qarabağ”dan çempionluq titulunu alan "Sabah” da bu uğurun davamını gətirməklə........

© Qaynar