11 oğul istərəm...
- İşləri-gücləri qurtarıb, niyə baxacaqlar?
- Niyə baxacaqlar yox, nəyə baxacaqlar? Bəli! (“Bəxtiyar” filmindən)
Millimizin baş məşqçisi Ayxan Abbasov Rumıniyanın paytaxtı Buxarestə səfərə yollanıb. Bu səfər zamanı Ayxan bəyi A milli komandanın direktoru İlqar Qurbanov müşayət edib. Çox güman ki, bu səfər “Sabah”ın “Hapoel”lə qarşılaşmasını izləmək məqsədi ilə təşkil olunub. Amma “Sabah”ın heyətində yerli futbolçuların, Azərbaycan millisinin üzvlərinin barmaqla sayılacaq qədər olması, Çempionlar Liqası qarşılaşmalarında bu sayın minimuma enməsi AFFA-nın səfərlə bağlı rəsmi məlumat paylaşmasını əngəlləyib. Loru dillə desəm, adamlar açıqlama yaymağa utanıblar. Biliblər ki, kimsə “Bəxtiyar” filmindəki kimi onlardan Ayxan Abbasovun “Sabah”ın heyətində kimə baxacağını soruşa bilər.
Artıq bilirsiz ki, “Sabah”ın Buxarestdəki start heyətində yerli futbolçu statusu daşıyan iki ad........
