menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Toyuq hini üzərindən uçarkən

15 0
12.11.2026

(Amerika yazıçısı Ken Kiziyə nəzirə)

Kənd təsərrüfatımızdakı hazırkı vəziyyət təxminən “Çoban çox olanda, qoyunu qurd aparar” ata sözündəki kimidir. İldən-ilə istehsal aşağı düşür. Ancaq sayın nazirimiz bunu təxminən “Yağmadı yağış, bitmədi qamış” məsəlindəki kimi izah edib, deyir, qlobal iqlim dəyişmələri Azərbaycan kənd təsərrüfatına neqativ təsir göstərir.

Hansı doğrudur, əlbəttə, ikisi də. Elə mən də doğru yoldayam – digər vətəndaşlarımızla bahəm. Biz kənd təsərrüfatında artım havasıyla yaşamağın üsulunu tapmışıq: soyuducunu az açırıq. Orda baxmalı şey yoxdur. Bir növ, telekanallarımızın vəziyyətidir.

Özü də bunu mən faktla isbat edə bilərəm. Birbaşa kriminal faktdır. Keçən ay Qobustanda qayınata soyuducuya görə gəlini döymüşdü. Gəlin təzə evə köçürmüş, lakin köhnə evdəkilər soyuducunu əldən verməmişdi. Hətta gəlin qayınatasına radikal müxalifətçilər fason qarğış etmişdi: “Əgər bu soyuducu bu evdə qalsa, sənin yasına qismət olsun”. (Təfərrüatlar xəbər lentində qalmaqdadır. Bu saat cəmiyyətimizi belə temalar çox maraqlandırır). Şükür ki,........

© Müsavat