Timminin xatirəsinə
Timmi adlı qozbel balina apreldə özünü Almaniyanın Baltik dənizi sahillərinə atmışdı. Balinalar vaxtaşırı, bəzən hətta kütləvi şəkildə sahilə “çıxaraq” intihar edirlər, hələlik bunun dəqiq elmi izahı yoxdur. Daha doğrusu, bir neçə versiya var. Məsələn, okeanın çirklənməsi, qida azlığı, gəmilərlə toqquşma və sairə.
Yəni, sahilə çıxmış balina o qədər nadir hadisə deyil, biz, sözgəlişi, bunun birini COP tədbiri vaxtı Bakı bulvarında da müşahidə eləmişdik. Əlbəttə, o balina mulyaj, maket idi, ancaq kasıbın olanından...
Timminin xilas edilməsi üçün beynəlxalq səviyyəli şou-kampaniya başlandı. Baxmayaraq zooloq alimlər balinanı təzədən okeana qaytarmağın əleyhinə idilər. Onlar deyirdilər ki, bu balina çox xəstə və zəifdir, onsuz yaşamayacaq, xilasetmə işlərinə çəkilən xərc-xürcü də daha səmərəli ekoloji problemlərin həllinə yönəltmək lazımdır.
Ancaq kimə deyirsən... Kütlə, hətta xaricdən bölgəyə axışan turistlər tamaşa istəyirdilər. Kilsələrdə, məscid........
