menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rüşvətin Vikipediyası

28 0
08.10.2026

Türkiyədə birja dələduzluğu ilə xalqın milyardlarını əkişdirən keçmiş ailə naziri, həmçinin AKP sədri Ərdoğanın müşaviri olmuş Fatma Kayanı AKP üzvlüyündən çıxartdılar. Biz Türkiyə barədə “Bir millət – iki dövlət” konsepsiyasından çıxış elədiyimiz üçün, istər-istəməz mənim ağlıma belə paralel aparmaq gəldi: Ramiz Mehdiyevi niyə YAP-dan çıxarmırlar?

Doğrudan da, ortada nəsə maraqlı məsələ var, çünki Fatma Kayanın dələduzluğu cəmi-cümü 1-2 aydır ortaya çıxıb, özü də bunu ilk dəfə müxalifətçi Yeni Partiyanın sədri Özgür Özəl açıqlamışdı. Ramiz Mehdiyevi isə birbaşa dövlətin istintaq orqanları suçlayırlar, özü də onun maddələrinə baxanda birja dələduzluğu toya getməlidir. Sayın Ramiz müəllim dövlətə xəyanətdən başlamış, hakimiyyəti zorla ələ keçirməyə qədər cürbəcür ağır tonnajlı maddələrlə ittiham edilir. Özü də 2025-ci ilin oktyabrından üzü bəri. Artıq 1 il tamam olur ki, Ramiz müəllim villa dustağı şəklində........

© Müsavat