Ramiz Mehdiyevin villasına mediatur
Hökumət turizm gəlirlərinin azalmasından narazıdır, ancaq sərhədi də açmır. Məlum deyil, turist bizə necə gəlməlidir. Yalnız uça-uça və üzə-üzə gəlmək olmur, çətindir. Bəlkə yeraltı marşrutlar fikirləşmək lazımdır. Hər şeyin çarəsi var.
Əslində, mən turist sayının azlığı fikri ilə çox da razı deyiləm. Yəni, razıyam, ancaq az razıyam. Saqqallı anekdotdakı kimi: iki nəfər söhbətləşir, biri soruşur ki, sən bilmirsən, timsahlar uçur, ya yox? Adam deyir, uçmur. Həmkarı deyir, bəs axı müdir söyləyirdi ki, uçurlar. Adam dərhal düzəliş edir: “Hə, əlbəttə, müdir deyirsə, yəqin uçurlar. Sadəcə, bir az alçaqdan uçurlar”. Bizdə turist sayının formalaşması metodikası təzələnməlidir.
Məsələn, vaxtaşırı şirkətlər, dövlət idarələri obyektlərinə jurnalistləri aparıb gəzdirirlər, bunun özü niyə turizm sayılmır? Adını da elə bu cür qoyurlar: mediatur. Yəni, media üçün turizm. Hətta bir dəfə dövlət........
